"Bayer"in hücumçusu qərarını verdi

20:54 - 5 Dekabr 2024

Avropanın nəhəng klublarını diqqət mərkəzində olan Viktor Bonifase gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, nigeriyalı hücumçu "Bayer"də qalacaq. Bu barədə "Sky Sports" nəşri məlumat yayıb.

Bonifase "Bayer"in yeni müqavilə təklifini qəbul edib. 23 yaşlı forvard yaxın günlərdə Almaniya klubu ilə 2029-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, "Bayer" Viktor Bonifaseni ötən ilin yayında Belçikanın "Yunion" klubundan transfer edib. Nigeriya millisinin üzvü bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti