"Mançester Siti"nin futbolçusu Kevin de Bruyne Türkiyəyə yollana bilər.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçiyə "Fənərbaxça" maraq göstərir.
33 yaşlı futbolçu özü də bu təklifə müsbət yanaşır.
De Bruyne bu mövsüm İngiltərə Premyer Liqasında 10 oyun keçirib, 2 qol vurub və 2 asist edib. Onun "şəhərlilər”lə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.
saytlarin hazirlanmasi