"Sevilya" İspaniya millisinin üzvü ilə müqavilə imzaladı

20:57 - 26 Dekabr 2024

İspaniyanın "Sevilya" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Əndəlus təmsilçisi müdafiəçi Kike Salasın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya U-21 millisinin üzvü 2029-cu ilin yayına kimi La Liqa klubuna məxsus olacaq.

Qeyd edək ki, Kike Salas "Sevilya"nın yetirməsidir. 22 yaşlı mərkəz müdafiəçisi bu mövsüm komandanın heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti