Bu gün futzal üzrə Yüksək Liqada VIII turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Bakı-Qroznı reysini yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar bir dəqiqəlik sükut elan olunub.
Son çempionla debütantın dueli “qırmızı-ağlar”ın böyükhesablı qələbəsi ilə yekunlaşıb. İkinci oyun daha məhsuldar olub. “Neftçi”nin heyətində Namiq Məmmədkərimov və Vahib Xocayev hərəyə 5 qol vurmaqla yadda qalıb. Yüksək Liqada ilin son matçı liderin inamlı qələbəsi ilə başa çatıb və “Baku Fire” tarixində ilk dəfə qış fasiləsinə turnir cədvəlinin zirvəsində yollanıb. Bu dəfə 4 qol vuran İaqo Henrique bombardirlər yarışında vəziyyətini bir qədər yaxşılaşdırıb.
Araz-Naxçıvan – Şuşa (4:0) 6:0
Qollar: Ülvi Əliyev, 3:01, Qüdrət Qasımzadə, 6:12, İmaməli Hüseynov, 14:28, Cauqie, 14:47, 31:37, Giovanny, 23:28
“Neftçi” İK – “Yasamal Bakı” (5:0) 18:1
Qollar: Namiq Məmmədkərimov, 0:35, 20:58, 29:12, 30:25, 35:47, Vahib Xocayev, 6:45, 7:56, 17:32, 36:03, 37:31, Mirzə Əmirov, 18:50, 39:35, Nüsrət Fərzəli, 21:16, 28:00, Sadegh Javid, 23:37, 31:23, Zöhrab Quluşev, 36:46 (ö/q), Adil İsmayılov, 38:35 // Xalid Səmədəov, 34:48
“Baku Fire” – U-19 (2:0) 9:1
Qollar: İaqo Henrique, 0:19, 26:02, 38:26, 39:25, Nurlan Mehdizadə, 12:43, 21:45, 22:08, Nihad İsmayılov, 35:06, Tofiq Əliyev, 38:10 // Ümid Qəhrəmanov, 36:29