"Eyüpspor"un baş məşqçisi Arda Turan İspaniyada çalışa bilər.
Sportal.az xəbər verir ki, La Liqada mübarizə aparan komandalardan biri türk mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Klubun adı açıqlanmasa da, Çempionlar Liqasına vəsiqə qazanmaq üçün yarışdığı bildirilir. Ardanın yeni ilin ilk günlərində İspaniyaya yollanacağı qeyd olunub.
Qeyd edək ki, 2023-cü ilin aprel ayında "Eyüpspor"un baş məşqçisi təyin olunub. 37 yaşlı mütəxəssisin rəhbərliyi ilə İstanbul təmsilçisi ötən mövsüm I Liqada çempion olub. Komanda Super Liqada 17 turdan sonra 27 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi