“Qarabağ”ın sabiq hücumçusu Bəxtiyar Soltanov böyük futbolda karyerasını davam etdirəcək.
Sportal.az saytına verilən məlumata görə, 35 yaşlı futbolçu ikinci liqada oynayacaq.
O, “Şəfa” ilə anlaşıb. Artıq tərəflər arasında razılıq əldə olunub. Təcrübəli futboçu qışdan sonra məhz bu klubda oynayacaq.
Soltanov karyerası ərzində “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Simurq”, “Rəvan”, “Araz-Naxçıvan”, “Qəbələ”, AZAL, “Xəzər”(Bakı), “Baku Sportinq”, “Sabah” komandalarında oynayıb.