Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü"nün yeni baş məşqçisi bəlli olub.
Sportal.az xəbər verir ki, Kenan Koçakın istefasından sonra komandaya Kemal Özdeş rəhbərlik edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
54 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, mütəxəssis son olaraq 2023-cü ildə "Kasımpaşa"da baş məşqçi funksiyasını yerinə yetirib.
saytlarin hazirlanmasi