"Sumqayıt"ın heyətində fərqləndilər

18:49 - 27 Dekabr 2024

Mehdi Cənnətov və Murad Xaçayev “Sumqayıt”ın heyətində Azərbaycan Premyer Liqasının ilk iki dövrəsində əvəz edilmədən meydanda olublar.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mehdi Cənnətov qış fasiləsinə qədər meydana çıxdığı 18 qarşılaşmanın 5-də qapısını toxunulmaz saxlamağı bacarıb.

Murad Xaçayev isə cari mövsüm keçirdiyi 18 matçda əvəz olunmamaqla yanaşı, Premyer Liqada ardıcıl 64 oyunda 90 dəqiqə meydanda qalıb. Bu qarşılaşmaların 10-u 2022/2023 mövsümünə, 36-sı isə ötən mövsümə təsadüf edir.

Xəbər xətti