FİBA Çempionlar Liqasında Türkiyənin "Aliağa Petkim Spor" və İsrailin "Hapoel Holon" klubları arasında ilk pley-in oyunu Bakıda baş tutacaq.
Sportal.az xəbər verir ki, "Aliağa Petkim Spor"un rəqibi olan "Hapoel Holon" komandası məlum səbəbə görə İstanbula gəlmək istəməyib və bu halda görüşün neytral meydanda, Bakı İdman Sarayında keçirilməsi təklifi qarşılıqlı razılıq əsasında qəbul olunub.
Qarşılaşma 7 yanvar tarixində keçiriləcək.
Qeyd edək ki, pley-in görüşlərində hesab bərabər olarsa, 22 yanvar tarixində 3-cü oyun da məhz Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi