"Atletiko"nun futbolçusu Toma Lemar karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" fransalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İspaniyanın "Todofichajes" nəşri məlumat yayıb.
"Sarı-qırmızılar" "Atletiko"dan zədəsi olan 29 yaşlı futbolçunun durumu ilə bağlı məlumat istəyib. Təcrübəli oyunçunun ciddi zədəsi olmasa, "Qalatasaray" onu icarəyə götürmək üçün rəsmi təklif göndərəcək.
Qeyd edək ki, "Atletiko" Toma Lemarı 2018-ci ilin yayında "Monako"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 2 rəsmi matçda meydana çıxıb. Onun paytaxt klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi