"Vulverhempton"un forvardı Mateus Kunya "Arsenal"a keçməyə hazırlaşır.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, London təmsilçisinin əsas hədəfi hazırda braziliyalı futbolçudur.
"Vulverhempton" isə Kunyanı qışda buraxmaq istəmir.
Braziliyalı bu mövsüm İngiltərə Premyer Liqasında 18 matçda 10 qol vurub və 4 asist edib.
Mateusun İngiltərə klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Braziliya millisinin üzvü "Sion", "Leyptsiq", "Herta", "Atletiko" komandalarında da çıxış edib.
saytlarin hazirlanmasi