“Qalatasaray”ın hücumçusu Mişi Batşuayi Türkiyəni tərk etməyə yaxındır.
Sportal.az xəbər verir ki, belçikalı hücumçu Qətərə yollanmaq ehtimalına malikdir. Bu barədə Belçika mətbuatı məlumat yayıb. Qətərin “Əl-Sədd” klubu onu qışda heyətinə qatmağı planlaşdırır.
Bu komandanın baş məşqçisi Feliks Sançes özü Batşuayi ilə danışaraq onu Qətərə dəvət edib. Amma təcrübəli hücumçu qarşı tərəfə hələ ki, konkret cavab verməyib. O, “Qalatasaray”da qalmağa daha isti yanaşır. 31 yaşlı forvardın Türkiyə çempionu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Mişi buna qədər “Standard”, “Marsel”, “Çelsi”, “Borussiya”(Dortmund), “Valensiya”, “Kristal Pelas”, “Beşiktaş”, “Fənərbaxça” komandalarında da oynayıb.
saytlarin hazirlanmasi