"Qarabağ"ın Avropa Liqasında rəqiblərindən FKSB aparıcı oyunçularından olan Darius Olaru komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, Avropadan 5 klub rumıniyalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə yerli "Digi SPort" nəşri məlumat yayıb.
"Qalatasaray", "Beşiktaş", PSV, "Reyncers" və "Cenoa" Olarunun xidmətində maraqlıdır. Buxarest təmsilçisi kapitanı satmağın əleyhinə deyil.
FKSB-nin prezidenti Qeorqe Bekali 25 yaşlı ön xətt oyunçusunu istəyən klubun 5 milyon avroluq rəsbəstqalma məbləğini ödəməli olduğunu bildirib. Bu məbləği ödəyən klub futbolçunu transfer edə bilər.
Qeyd edək ki, FKSB Darius Olarunu 2020cp ilin yanvar ayında "Qaz Metan"dan transfer edib. Rumıniya millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 15 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun sözləşməsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi