"Qarabağ"ın futbolçusu Juninyonun "Sevilya"ya transferi tamamlanmaq üzrədir.
Sportal.az xəbər verir ki, artıq klublar arasında razılıq əldə olunub. Bu barədə İspaniyanın "Ficherio" saytı məlumat yayıb.
Braziliyalı hücumçunun La Liqa klubuna keçidi 3-3,5 milyon avroya başa gələcək. Xəbərdə qeyd olunub ki, "Sevilya" Juninyonun transferi ilə bağlı "Qarabağ"la bəzi detallar istisna olmaqla, anlaşıb.
28 yaşlı forvardın "Sevilya"nın La Liqanın 20-ci turu çərçivəsində yanvarın 12-də "Valensiya" ilə keçirəcəyi oyuna qədər komandaya qoşulacağı bildirilir.
Qeyd edək ki, "Qarabağ" Juninyonu ötən ilin yayında Portuqaliyanın "Şaveş klubundan transfer edib. "Sambaçı" bu mövsüm Ağdam təmsilçisinin heyətində keçirdiyi 26 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi