Bundesliqa klubu baş məşqçisini istefaya göndərdi

16:55 - 28 Dekabr 2024

Almaniya Bundesliqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Union Berlin" Bo Svenssonla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Uğursuz nəticələrə görə danimarkalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Bo Svenssonmövsümün əvvəlində "Union Berlin"in baş məşqçisi təyin olunmuşdu. Paytaxt təmsilçisi Bundesliqada 15 turdan sonra 23 xal toplayıb və turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Komanda son 8 oyunda qələbə qazana bilməyib.

Xəbər xətti