"Arsenal"ın futbolçusu əməliyyat olundu: 2 ay oynamayacaq

12:54 - 28 Dekabr 2024

"Arsenal"ın zədəli futbolçusu Bukayo Saka əməliyyat olunub.

Sportal.az xəbər verir ki, ingiltərəli vingerin əməliyyatı uğurlu keçib. Bu barədə komandanın baş məşqçisi Mikel Arteta məlumat verib.

Premyer Liqanın 17-ci turunun "Kristal Pelas"la matçında zədələnən 23 yaşlı futbolçu ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Bukayo Saka "Arsenal"ın yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti