"Sumqayıt" "Kəpəz"ə, "Turan Tovuz" "Neftçi"yə qarşı - YENİLƏNİR

09:34 - 10 Mart 2025

Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulacaq.

Sportal.az xəbər verir ki, turun son günündə daha iki matç baş tutacaq. 

Günün ilk görüşü Sumqayıtda keçiriləcək. "Kəpəz" "Sumqayıt"ın qonağı olacaq.

"Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək.   

Misli Premyer Liqası
XXVI tur
10 mart

17:00. "Sumqayıt" – "Kəpəz"
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev
VAR: Nicat İsmayıllı, Teymur Teymurov
Hakim-inspektor: Zöhrab Qədiyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:30. "Neftçi" – "Turan Tovuz"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Rauf Cabarov, Akif Əmirəli
Hakim-inspektor: Rəhim Həsənov
"Neftçi Arena"

Xəbər xətti