"Yuventus"un baş məşqçisi: "Skudetto haqda daha söhbət olmayacaq"

10:56 - 10 Mart 2025

"Yuventus"un baş məşqçisi Tyaqo Motta A seriyasının ev oyununda “Atalanta”ya məğlubiyyəti (0:4) şərh edib.

Sportal.az "DAZN"a istinadən xəbər verir ki, Turin təmsilçisinin çalışdırıcısı çempionluq barədə danışıb:

"Məğlubiyyətə görə çox üzüldük və üzr istəyirik. Skudetto haqda daha söhbət olmayacaq. Biz sadəcə irəliləməliyik. Liqada ikinci ən gənc komandamız var. İlk qolu buraxdıqdan sonra futbolçular psixoloji cəhətdən çətinləşdi. Çətin olacağını bilirdik. Şübhəli penaltidən sonra qüvvələrimizi hücuma atmaq istəyirdik, lakin “Atalanta” əks-hücumlarda yaxşı idi".

Xəbər xətti