"Ronaldo özümə inamımı bərpa etməyimə köməklik göstərdi"

14:49 - 10 Mart 2025

"Real"ın hücumçusu Vinisius Junior “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ilə söhbəti haqda danışıb.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, braziliyalı futbolçu karyerasındakı indiki dönəminə görə Ronaldoya təşəkkür etdiyini bildirib:

"Bu yaxınlarda Ronaldo ilə danışırdım. O, özümə inamımı bərpa etməyimə köməklik göstərdi. Ona görə də ona minnətdaram".

Vinisius 2018-ci il iyulun 12-dən “Real”da oynayır. Onun “kral klubu” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti