Cəzaçəkmə müəssisəsində futbol dərsləri keçirilir

17:15 - 10 Mart 2025

AFFA-nın təşkilatçılığı və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə əməkdaşlığı çərçivəsində Kürdaxanı qəsəbəsində yerləşən qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə və yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrində futbol dərslərinə start verilib.

Sportal.az xəbər verir ki, dərsləri həftədə iki dəfə olmaqla AFFA tərəfindən ayrılan məşqçilər İradə Quliyeva və Elvin Həmidov keçir.

Cəzaçəkmə müəssisələrində təşkil olunan dərslərin əsas məqsədi məhbusların fiziki və psixoloji inkişafını dəstəkləmək, onların sosial adaptasiyasını yaxşılaşdırmaq, cinayətkar davranışların qarşısını almaqdır. Bu cür fəaliyyətlər məhbusların özlərini təkmilləşdirmələrinə, emosional sağlamlıqlarını qorumağa və sosial bacarıqlarını artırmağa imkan yaradır. Həmçinin, futbol məşqləri əsnasında əldə edilən nizam-intizam və əməkdaşlıq cəzaçəkmə müəssisələrindəki mühiti daha sülhsevər və harmonik edə bilər.

Əlavə olaraq, layihəyə qoşulan bütün iştirakçılar üçün AFFA tərəfindən idman ləvazimatları (top, fişka, məşqlər üçün idman geyimi, idman qapısı, top setkası və s.) ayrılıb.

Xəbər xətti