Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulub.
Sportal.az xəbər verir ki, turun son günündə daha iki matç baş tutub.
Günün ilk görüşü Sumqayıtda keçirilib. "Kəpəz" "Sumqayıt"ın qonağı olub. Matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Neftçi" isə "Turan Tovuz"u qəbul edib. Bu qarşılaşmada qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
XXVI tur
10 mart
17:00. "Sumqayıt" – "Kəpəz" 3:0
Qollar: Roy Kehat, 20, 51, Nihad Əhmədzadə, 90+4
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev
VAR: Nicat İsmayıllı, Teymur Teymurov
Hakim-inspektor: Zöhrab Qədiyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:30. "Neftçi" – "Turan Tovuz" 1:1
Qol: Bassala Sambu, 88 - Hurtado, 90+5
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Rauf Cabarov, Akif Əmirəli
Hakim-inspektor: Rəhim Həsənov
"Neftçi Arena"