Azərbaycan - Haiti matçının biletləri satışa çıxarıldı

16:12 - 10 Mart 2025

Yoldaşlıq görüşü çərçivəsində martın 22-də, saat 21:45-də, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Haiti oyununun biletləri satışa çıxarılıb.

Sportal.az biletlərin qiymətlərini və əldə edə biləcəyiniz ünvanları diqqətinizə çatdırır:

1-ci Kateqoriya - 5 AZN

2-ci Kateqoriya - 2 AZN

VİP - 10 AZN

iTicket.az satış məntəqələri:

Gənclik Mall

28 Mall

Köşk No1 (Sahil m. M.Rəsulzadə 3)

Köşk No2 (Bülbül prospekti, Nizami küç.)

1 Saylı ASAN xidmət mərkəzi

2 Saylı ASAN xidmət mərkəzi

3 Saylı ASAN xidmət mərkəzi

4 Saylı ASAN xidmət mərkəzi

1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi

Oyun günü matçın keçiriləcəyi stadionun kassalarında da bilet satışı təşkil olunacaq.

Xəbər xətti