"Kəpəz"in legioneri: "Neftçi" üzərindəki qələbə bizim üçün çox vacib idi"

12:23 - 10 Mart 2025

"Kəpəz"in legioneri Trent Buhagiar Sportal.az saytına açıqlama verib. Bölgə klubunun maltalı yarımmüdafiəçisi komandanın ötən turdakı “Neftçi” üzərindəki qələbəsini şərh edib.

"Neftçi" üzərindəki qələbə bizim üçün çox vacib idi. Qələbə qazanmaq üçün nə etməli olduğumuzu bilə-bilə oynadıq. Sona qədər mübarizə apardığımız üçün qalibiyyəti əldə etdik. Buna görə də çox sevinirik".

Trent bu gün “Kəpəz”in Misli Premyer Liqasının 26-cı turunda “Sumqayıt”a qarşı keçiriləcək görüşdəki şanslarını da şərh edib: 

"Neftçi” ilə oyundan sonra “Sumqayıt” matçına hazırlaşmışıq. Elə ötən turdakı qədər vacib oyundur. “Sumqayıt”la görüşdə qalib gəlməliyik.Yaxşı hazırlıq keçmişik. Biz oyuna çıxmağa hazırıq".

Qeyd edək ki, “Sumqayıt” – “Kəpəz” matçı bu gün keçiriləcək və oyuna 17:00-da start veriləcək.

Mirbağırağa

Xəbər xətti