"Liverpul" "Atalanta"nın braziliyalı futbolçusunu transfer edəcək

14:49 - 6 Aprel 2025

"Atalanta"nın yarımmüdafiəçisi Ederson "Liverpul"un diqqətini çəkib.

Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, İtaliya klubunun futbolçusunu satmağa hazır olduğu qeyd edilir.

"Qırmızılar" braziliyalı üçün 60 milyon avro təklif edib. Tərəflər arasında razılıq əldə edilib.

25 yaşlı yarımmüdafiəçinin Berqamo klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2022-ci il iyulun 6-dan “Atalanta”da çıxış edir. Ederson karyerası ərzində “Desportivo Brazil”, “Kruzeyro”, “Korintians”, “Fortaleza”, “Salernitana”da çıxış edib.
 

Xəbər xətti