"Zirə"nin iki futbolçusu "Qarabağ"la matçda iştirak etməyəcək

14:22 - 6 Aprel 2025

Bu gün Misli Premyer Liqasının 29-cu turunda "Zirə" "Qarabağ"ın qonağı olacaq. 

Sportal.az xəbər verir ki, hər iki tərəf matça itkilərlə çıxacaq.

Zədə səbəbindən Yusuf Laval və Fuad Bayramov "Zirə"yə bu görüşdə kömək edə bilməyəcək. 

"Qarabağ"ın heyətində isə Şahruddin Məhəmmədəliyev zədəli olduğuna görə meydanda yer almayacaq. 

Qeyd edək ki, "Qarabağ" - "Zirə" görüşü bu gün 19:30-da Tofiq Bəhramov stadionunda keçiriləcək. 

Xəbər xətti