Türkiyə Super Liqasında 30-cu turun görüşləri davam edir.
Sportal.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Fənərbaxça" doğma meydanda "Trabzonspor"u qəbul edib. "Sarı-lacivərdlilər" matçdan 4:1 hesablı qələbə ilə ayrılmağı bacarıblar.
Qeyd edək ki, "Fənərbaxça" bu qələbə ilə 68 xalla 2-ci pillədə qərarlaşıb. Onu lider "Qalatasaray"dan 3 xal ayırır.
Türkiyə Super Liqası
30-cu tur
20:00. “Fənərbaxça” - “Trabzonspor” - 4:1
Qollar: A. Talişka, 51(pen.), 64, 77, M. Şkriniar,60, - D. Draquş, 45+4