"Qarabağ" - "Zirə" matçında ev sahibinin xüsusi qonağı

23:37 - 6 Aprel 2025

Qarabağ Universitetinin rektoru "Qarabağ"ın qonağı olub.

Sportal.az xəbər verir ki, Qarabağ Universitetinin rektoru professor Şahin Bayramov klubun qonağı olub. Görüş Premyer Liqanın XXIX turunun Bu gün keçirilən “Qarabağ” – “Zirə” oyunu çərçivəsində baş tutub.

"Qarabağ"ın prezidenti Tahir Gözel və rektor arasında səmimi fikir mübadiləsi aparılıb. Şahin Bayramov “Qarabağ" Futbol Klubunu Qarabağ Universitetinə dəvət edib.

Tahir Gözel bu dəvətə müsbət münasibət bildirib. O vurğulayıb ki, komandanın yaxın planlarında bölgəyə – o cümlədən Xankəndi və digər azad edilmiş şəhərlərə səfər nəzərdə tutulur: “Bu təşəbbüsü yüksək qiymətləndiririk. Qarabağ bölgəsinə səfər bizim də planlarımızda var və bu istiqamətdə addımlar atmağa hazırıq”.

Qeyd edək ki, görüş zamanı tərəflər gələcək əməkdaşlıq imkanlarını da müzakirə ediblər.

Xəbər xətti