Belaruslu futbol mütəxəssisis Ludas Rumbutis millisinin bir müddət əvvəl Azərbaycana yoxlama görüşündə(2:0) qalib gəlməsini şərh edib.
Sportal.az "Sport5.by" portalına istinadən xəbər verir ki, 69 yaşlı millinin sabiq məşqçisi "Аренa” verilişində millimiz haqda bunları deyib:
"Sentyabra qədər hələ çox vaxt var. Tələsməyək. Azərbaycan və ya Tacikistanın güclü rəqib olduğunu deyə bilmərik. Bu komandalar bizimlə müqayisə edilə bilər. Üstəlik, matç Ramazan ayına düşdü. Onlara qalib gəlməyimiz məni sevindirir. Qrupumuzda Avropanın ortabab, yaxşı komandaları var. Danimarka AVRO-nun iştirakçısıdır, Şotlandiya və Yunanıstan da asan rəqiblər deyil. Andorra ilə oynayanda əziyyət çəkirik. Amma bu başqa səviyyədir. Hətta Azərbaycan millisi Danimarka səviyyəsində deyil".