Türkiyə klubu "Qalatasaray"ın legionerini istəyir

20:14 - 7 Aprel 2025

“Qalatasaray” legionerlərindən birini icarəyə verə bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə klubunun legioneri Elias Jelert “Başakşəhər”in maraq dairəsindədir.

İstanbullular 21 yaşlı danimarkalı yarımmüdafiəçi üçün müraciət edib. “Qalatasaray” onu bu komandaya 1 illik icarəyə göndərməyi götür-qoy edir.

Danimarkalının Türkiyə çempionu ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. Jelert “Qalatasaray”a “Kopenhagen”dən keçib.

Xəbər xətti