"Bəlkə də insanlar məni “Real”ın baş məşqçisi olaraq görməkdən beziblər"

00:50 - 8 Aprel 2025

"Real" Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində bu gün saat 23:00-da "Arsenal"la ilk matça çıxacaq.

Sportal.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransında "Real"ın baş məşqçisi Karlo Ançelotti jurnalistlərin suallarını cavablandırarkən maraqlı fikirlər səsləndirib:

– Arteta və Mbappe sizi təriflədilər. Amma, nə düşünürsünüz, insanlar sizi «Real»ın baş məşqçisi kimi görməkdən artıq yorulublarmı?

– Bəlkə də insanlar məni "Real"ın baş məşqçisi olaraq görməkdən beziblər. Amma ən önəmlisi odur ki, mən klubun ən vacib adamına,yəni prezidentə yorulmamışam.

– Tənqid sizi narahat edir?

– Hər üç gündən bir oyun oynayarkən tənqidi düşünə bilmərik. "Valensiya" ilə oyundan sonra artıq bu oyun üçün necə hazırlaşacağımızı düşünürdük. Bizə çox vacib olan 90 dəqiqə qalıb. Həlledici deyil, çünki öz meydanımızda hələ də 90 dəqiqə olacaq.

– Bəziləri sizin metodlarınızın köhnəldiyini deyir, amma Arteta sizi tərifləyib.

– Artetaya dedikləri üçün təşəkkür edirəm. O, bu komandayı zirvəyə qaldırdı. O, mükəmməl bir komanda qurdu. Belə komandalar Avropada azdır. Bəzilərinin yaxşı şeyləri var, amma "Arsenal" kimi mükəmməl komandalar çox deyil.

Xəbər xətti