"Neftçi" ilə matçda zədələndi, cavab görüşünü buraxa bilər - "Sabah"ın legioneri

12:49 - 7 Aprel 2025

“Sabah”ın vingeri Coy-Lens Mikkelsin Azərbaycan kubokunun ilk yarımfinal mərhələsinin "Neftçi" ilə oyununda (2:1) zədəsinin ciddi olduğu üzə çıxıb.

Sportal.az saytına verilən məlumata görə, almaniyalının bu ayı buraxmaq ehtimalı yüksəkdir. Belə ki, “bayquşlar” qarşıdakı turlarda onun xidmətindən yararlana bilməyəcək.

Mikelsin  aprelin 23-də “Neftçi”yə qarşı keçiriləcək ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə iştirakı böyük sual altındadır.

Qeyd edək ki, Mikels kubokun yarımfinal mərhələsinin ilk görüşündə(1:2) sıradan çıxmışdı.

Xəbər xətti