"Qarabağ"ın futbolçusu mükafatlandırıldı

21:17 - 6 Aprel 2025

"Misli" və Peşəkar Futbol Liqasının birgə keçirdiyi “Ayın qolu” layihəsi çərçivəsində fevral ayının ən yaxşı qolunun müəllifi olan Patrik Andrade mükafatlandırılıb.

Sportal.az xəbər verir ki, “Qarabağ” klubunun futbolçusuna mükafatı Misli Premyer Liqasının XXIX turunun “Qarabağ” – “Zirə” görüşündən əvvəl "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.

Xəbər xətti