“Qarabağ”ın albaniyalı hücumçusu Redon Cica etiraf edib ki, qış “transfer pəncərəsi” zamanı vətəninə qayıtmağa yaxın olub.
Sportal.az xəbər verir ki, “Panorama”ya danışan forvard Ağdam klubunda qalmasına da aydınlıq gətirib:
“Albaniyanın üç klubunun məni istəməsi ilə bağlı yayılan xəbərlər doğrudur. Bunu təkzib edə bilmərəm. Qışda bir neçə komanda məni icarəyə götürmək istəyirdi. Lakin uzun müzakirələrdən sonra "Qarabağ"da qalmaq qərarına gəldim”.
Qeyd edək ki, Redon 2023-cü ilin yanvar ayında “Tirana”dan “Qarabağ”a keçmişdi.
saytlarin hazirlanmasi