Millimizin qapıçısı düşərgədən niyə uzaqlaşdırılıb? - baş məşqçi açıqladı

12:34 - 7 Aprel 2025

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynlinin heyətdən kənarlaşdırılıb.

Sportal.az xəbər verir ki, buna səbəb qolkiperin intizamsızlıq etməsidir.

Bu barədə milli komandamızın çalışdırıcısı Vitali Borisov açıqlamasında bildirib.

O, qapıçının intizamsız davranışlarına görə millidən uzaqlaşdırıldığını söyləyib.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsi çərçivəsində aprelin 11-də səfərdə İsveç ilə üz-üzə gələcək.

Xəbər xətti