Almaniyanın "Leyptsiq" klubu Ezekiel Banzuzini heyətinə qatmağa hazırlaşır.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi “Leven”in yarımmüdafiəçisinə görə 16 milyon avrosundan keçəcək.
20 yaşlı niderlandlı özü də bu transferə razılıq verib.
Bu mövsüm Banzuzi Belçika klubunda 31 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Niderlandın U-21 yığmasının üzvü 2023-cü ildə "NAK Breda"nı Belçika klubuna dəyişmişdi.
saytlarin hazirlanmasi