Mübariz Orucov: "Zədəli oyunçular çoxdur, çalışırıq ki, bu durumdan çıxaq"

17:46 - 7 Aprel 2025

"Neftçi" Misli Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın məşqçisi Mübariz Orucov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlərimizə təşəkkür edirəm. Bizə həmişəki kimi dəstək oldular. 7-8 oyunçunun xidmətindən məhrum idik. Bəzi futbolçularımız öz mövqeyində çıxış etmirdi, heyətdə rotasiyalar etmişdik. Buna baxmayaraq, yaxşı mübarizə apardılar. Onlara təşəkkür edirəm.

- Zədəli futbolçulardan kimlər "Sabah"la kubok matçına kimi hazır olacaq?

- Bəzilərində yüngül zədədir, bəzlilərində ağır. İndi nəsə demək olmur. Çalışacağıq ki, əlimizdə olan futbolçulardan istifadə edib meydana qələbə üçün çıxaq.

- Emil Səfərovun zədəsi ciddidir?

- Onun çiynində problem var. Emil də zədəlilər sırasına qoşuldu. Rafael Quzzo da uzun müddətdir oynamırdı. Bu gün o da zədələndi. Bizim üçün çox çətindir, zədəli oyunçular çoxdur. Çalışırıq ki, bu durumdan çıxaq.

- "Sabah"ın baş məşqçisi Vasili Berezutski Elvin Camalovu qeyri-peşəkar davranış sərgiləməkdə ittiham edib. Sizin buna münasibətiniz necədir?

- Oxumamışam, məlumatım yoxdur. Bilmirəm nədən danışıb, Camalovun hansı hərəkətini nəzərdə tutur. Nəsə deməıyim düzgün olmaz.

Elçin Əlixan

Xəbər xətti