"Səhv edirsizsə, buna görə sizi cəzalandıracaqlar"

12:18 - 7 Aprel 2025

"Liverpul"un baş məşqçisi Arne Slot Premyer Liqanın 31-ci turunda "Fulhem"ə məğlubiyyəti (2:3) şərh edib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis komandasının uğursuz çıxışına bu cür aydınlıq gətirib:

“Etdiyimiz səhvlərə görə məyus oldum. Ancaq təkcə mən yox, futbolçular da, azarkeşlər də məyus idi. Bununla belə, biz tez-tez səhv etmirik və belə bir şey olarsa, futbolçular vəziyyəti düzəltməyə çalışırlar. Mən bunu "Fulhem"lə oyunda görmüşəm. Bu baş verə bilər. Əgər səhv edirsizsə, buna görə sizi cəzalandıracaqlar. Ona görə də səhvlərdən qaçmaq lazımdır. Təəssüf ki, bu dəfə alınmadı".

Qeyd edək ki, “Liverpul” 31 turdan sonra 73 xalla liderdir, “Arsenal” 62 xalla 2-ci pillədədir.

Xəbər xətti