"Bavariya" Çempionlar Liqasının əsas favoritlərindən biridir" - "İnter"in baş məşqçisi

23:32 - 7 Aprel 2025

"İnter"in baş məşqçisi Simone İnzaqi “Bavariya”nı Çempionlar Liqasının favoritlərindən biri adlandırıb. "İnter" Çempionlar Liqasının 1/4 finalında Münhen təmsilçisi ilə qarşılaşacaq. İlk oyun Almaniyada sabah, 8 aprel tarixində baş tutacaq.

Sportal.az xəbər verir ki, İnzaqi matçdan öncə bunları deyib:

“Burada olmaq əladır, amma qarşıdakı oyun asan olmayacaq. Bu, güclü komandadır. Stadion möhtəşəmdir, lakin biz burada olmaq üçün nə qədər çalışdığımızı bilirik və imkanlarımızdan maksimum istifadə edəcəyik. "İnter"in vəziyyəti yaxşıdır, amma bizdə də, digər çox oyun keçirən komandalar kimi, bəzi zədəlilər var. Çempionlar Liqasında keçdiyimiz yolu, A Seriyasında və İtaliya kubokundakı durumumuzu bilirik. Hazırda bütün diqqətimiz Çempionlar Liqasındadır. Sonra bir buçuk gün ərzində liqa matçına hazırlaşacağıq, sonra yenidən Çempionlar Liqası, İtaliya kuboku gəlir. Mövsüm uzun və gərgin keçir, amma burada olmaqdan böyük qürur duyuruq.

‘Bavariya’ təcrübəli komandadır. Onlarda da, bizdəki kimi bəzi zədəlilər var. Onlar illərdir bu turnirin son mərhələlərinə çıxırlar. "Real"la birlikdə turnirin əsas favoritlərindəndirlər. Amma biz bura əla oyun göstərmək üçün gəlmişik,” – deyə “İnter”in baş məşqçisi bildirib.

Xəbər xətti