Avropa Liqası: "Mançester Yunayted" və "Tottenhem" finalda - YENİLƏNİB

00:49 - 9 May 2025

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.

Sportal.az xəbər verir ki,  "Atletik" "Mançester Yunayted"in qonağı olub. İlk matçda 3:0 hesablı qələbə qazanan İngiltərə təmsilçisi bu matçda da 4:1 hesablı qələbə qazanaraq adını finala yazrımağı bacarıb.

"Tottenhem" isə "Bodyo-Qlimt"lə üz-üzə gəlib. Burada da İngiltərə təmsilçisi ilk matçdan (3:1) sonra ikinci matçda da 2:0 hesablı qələbə qazanaraq finala vəsiqə qazanmağı bacarıb.

Qeyd edək ki, "Mançester Yunayted"  - "Tottenhem" arasındakı final matçı mayın 21-i keçiriləcək.

Avropa Liqası

23:00. "Mançester Yunayted" - "Atletik" 4:1  (İlk oyun - 3:0)

Qollar: M.Mount, 72, 90+1, Kasemiro,80, R.Hoylun,85, - M.Jaurezigar,31

23:00. "Boydo-Qlimt" - "Tottenhem" 0:2 (İlk oyun - 1:3)

Qollar: D.Solanke,63, P.Porro,70

Xəbər xətti