Əliyar Ağayev Serbiya yığmasının oyununa təyinat aldı

13:13 - 8 İyun 2025

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Sportal.az xəbər verir ki, Ə.Ağayev DÇ-2026-nın seçmə mərhələsinin K qrupu çərçivəsində keçiriləcək Serbiya – Andorra qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaqlar.

İyunun 10-da Leskovaç şəhərində yerləşən “Duboçica” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbər xətti