"Fənərbaxça"dan ayrılan hücumçu İtaliyaya qayıda bilər

15:15 - 8 İyun 2025

"Fənərbaxça"dan ayrılan Edin Ceko İtaliyaya qayıda bilər.

Sportal.az xəbər verir ki, "Bolonya" azad agent statusunda olan bosniyalı hücumçunu heyətinə qatmaq istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

A Seriyası klubu Cekoya 1+1 illik müqavilə təklif edib. 39 yaşlı forvard hələ qərarıını verməyib.

Qeyd edək ki, Edin Ceko ötən mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 53 rəsmi matçda  21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu İtaliyada daha əvvəl "Roma" və "İnter"də çıxış edib.

Xəbər xətti