Klublar anlaşdı, Osimhen təklifi qəbul etmir

16:59 - 8 İyun 2025

"Napoli"nin hücumçusu Viktor Osimhenin "Əl-Hilal"a transferi baş tutmaya bilər.

Sportal.az xəbər  verir ki, klublar arasında anlaşma əldə olunub. Bu barədə "Foot Mercato" məlumat yayıb.

Klublar arasında razılaşma olmasına baxmayaraq, transferin rəsmiləşməsi ləngiyir. Buna səbəb Osimhenin ərəblərin təklifini qəbul etməməsidir. Nigeriyalı hücumçu klubun illik 45  milyon avroluq maaş təklifini geri çevirib.

"Əl-Hilal" artıq başqa hücumçularla danışıqlara başlamağa hazırlaşır.

Qeyd edək ki, Viktor Osimhen ötən mövsüm icarə əsasında "Qalatasarat"ın formasını geyinib. 26 yaşlı forvard "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 37 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti