Millimizin üzvü Rusiya Super Kubokunun qalibi oldu

21:26 - 8 İyun 2025

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva “Zenit”in heyətində Rusiya Super Kubokunun qalibi olub.

Sportal.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi həlledici görüşdə “Lokomotiv”i (Moskva) 3:0 hesabı ilə məğlub edib.

Nigar Mirzəliyeva da bu oyunun iştirakçısı olub. 23 yaşlı müdafiəçi meydana start heyətində çıxıb və sona qədər oynayıb.

Xəbər xətti