"Baş məşqçi bu vəzifədə olduğu müddətdə, milli komandada oynamamaq qərarını verdim"

00:04 - 9 İyun 2025

Robert Levandovski Polşa millisindəki karyerasını dayandırır.

Sportal.az xəbər verir ki, bu barədə “Barselona”nın hücumçusu sosial şəbəkələrdə məlumat verib.

“Polşa millisinin baş məşqçisinə olan etimad itkisini və mövcud şəraiti nəzərə alaraq, baş məşqçi bu vəzifədə olduğu müddətdə milli komandada oynamamaq qərarını verdim. Ümid edirəm ki, gələcəkdə dünyanın ən yaxşı azarkeşləri üçün yenidən oynamaq şansım olacaq”. — deyə Levandovski qeyd edib.

Xəbər xətti