Hakim Ziyeş Mərakeş klubunda - RƏSMİ

13:58 - 25 Oktyabr 2025

Hakim Ziyeşin yeni komandasının adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, mərakeşli vinger karyerasını ölkəsində davam etdirəcək.

Ziyeş "Vidad"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı vingerlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Hakim Ziyeş "Herenven", "Tvente", "Ayaks", "Çelsi", "Qalatasaray" və "Əl-Duhail"də çıxış edib.

Xəbər xətti