Ruben Amorim Premyer Liqada bu gün keçirilən “Brayton” üzərində 4:2 hesablı qələbədən razı qalıb.
Sportal.az xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi oyundan sonra keçirilən mətbuat konfransında bunları qeyd edib:
“Yaxşı hisslər var. Evdə üç xal qazandıq. Yaxşı oynadıq, amma sonlarda bir qədər əziyyət çəkdik – qismən öz səhvlərimiz ucbatından. Futbolçularımız hər şeyi etdilər. Onlar hərəkətli idilər, topu idarə etdilər, lazım olanda uzaqlaşdırdılar. Yaxşı oyun idi.
"Brayton" istedadlı komandadır, topu yaxşı idarə edir. Oyunun sonunda qazandıqları impulsdan istifadə edib təşəbbüsü ələ aldılar, amma biz pis anlara necə reaksiya verməyi öyrənirik. Bu gün yenə də bunu bacardıq.
Üçüncü qoldan sonra stadiondakı səs-küy fərqli idi. Bu səsi ilk dəfə eşitdim, o atmosferi hiss etdim. Gözəl an idi.
Bu gün qələbədən zövq almalıyıq, amma sabah artıq növbəti oyuna hazırlaşmaq lazımdır. Turnir cədvəlinə baxsaq, bir həftə hər şeyi dəyişə bilər. Bəzən klubumuzda yaxşı emosiyalar yaşamaq çətin olur, buna görə də əvvəlki uğursuzluqlara qayıtmaq qorxusunu hiss etməliyik.
Səndə dünyanın bütün istedadı ola bilər, amma bu liqada mübarizə aparmırsansa, heç bir şansın yoxdur”.
saytlarin hazirlanmasi
