“Liverpul”un futbolçusu Məhəmməd Salah hələ də Səudiyyə Ərəbistanı klublarının əsas transfer hədəflərindən biri olaraq qalır.
Sportal.az xəbər verir ki, 33 yaşlı vingerə ildə təxminən 150 milyon funt sterlinq (170 milyon avro) məbləğində rekord maaş təklif olunub. Bu barədə "TBR Football" məlumatına görə,
Mənbənin bildirdiyinə əsasən, müqaviləyə gələcəkdə klubun səhmlərindən pay almaq imkanı və ölkənin turizm səfiri statusu da daxil edilə bilər.
Əgər Salah bu təklifi qəbul etsə, onun qazancı “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun gəlirləri ilə demək olar ki, eyni səviyyəyə çatacaq. Nəşrin məlumatına görə, portuqaliyalı ulduz hər il təxminən 175 milyon funt sterlinq (200 milyon avro) qazanır.
Məhəmməd Salah cari mövsümdə “Liverpul”un heyətində bütün turnirlərdə 13 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun İngiltərə klubuyla qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
saytlarin hazirlanmasi 
      
                    