5 ay əsir olmuş hakim "Qarabağ" - "Çelsi" matçını idarə edəcək

10:18 - 31 Oktyabr 2025

Noyabrın 5-də Bakıda UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Çelsi” oyununun hakimi Dmitri Kubriak haqda maraqlı məqamlar üzə çıxıb.

Sportal.az xəbər verir ki, ədalət təmsilçisi 4 ildir davam edən Rusiya - Ukrayna müharibəsinin iştirakçısı bir neçə ay əsirlikdə olub.

İxtisasca hərbi həkim olan referi könüllü qatıldığı müharibədə 5 ay əsir saxlanıldıqdan sonra dəyişdirilib. 

Xatırladaq ki, “Azərsun Arena”da baş tutacaq qarşılılaşma saat 15:00-da başlanacaq.

Xəbər xətti