ASTA rəhbərliyi AFFA-ya müraciət etdi - "Marset"dəki uşaqların gələcəyi ilə bağlı

16:29 - 29 Oktyabr 2025

İş adamı Adnan Əhmədzadənin həbsindən sonra İspaniyada futbolla məşğul azərbaycanlı uşaqların geri qayıtması qaçılmaz olub. 

Layihəni həyata keçirən ASTA şirkətinin rəhbərliyi bütün hesabları dondurulduğu üçün "Marset" Futbol Akademiyasına ödənişləri edə bilmir. İspanlar buna görə azərbaycanlı uşaqları geri qaytarmaq qərarına gəliblər.

Sportal.az-ın əldə etdiyi məlumata görə, ASTA rəhbərliyi bu məsələ ilə bağlı AFFA-ya müraciət edib. İspaniyada futbolun sirlərinə yiyələnən uşaqların əksəriyyətinin aşağı yaş milli komandalarımızın üzvləri olduğu üçün AFFA-dan yardım istəyiblər. 

Lakin AFFA ödəniş etməyə razılıq verməyib. Federasiya rəhbərliyi ümumiyyətlə bu prosesdən kənar durmağı qərara alıb. 

Xəbər xətti