"Araz-Naxçıvan" legioneri ilə yollarını ayıracaq

13:17 - 29 Oktyabr 2025

“Araz-Naxçıvan” legionerlərindən biri ilə yollarını ayırmaq istəyir.

Sportal.az saytına verilən məlumata görə, söhbət Ayyub Allaşdan gedir. Ötən mövsümdən zədəli olduğu üçün bu sezon Naxçıvan təmsilçisinə kömək edə bilməyən belçikalı futbolçunun komandada qalmayacağı gözlənilir.

Əldə etdiyimiz məlumata görə, o, “Araz-Naxçıvan”ı tərk etsə də, karyerasını ölkəmizdə davam etdirməyə müsbət yanaşır.

27 yaşlı futbolçunun “Araz-Naxçıvan”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 
 

Xəbər xətti